Zelenski Yanukoviçə qarşı qərarı təsdiqlədi

10-04-2021, 08:13           
Zelenski Yanukoviçə qarşı qərarı təsdiqlədi
Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş dövlət rəhbərinə və bir sıra məmurlara tətbiq etdiyi sanksiyaları təsdiqləyib.

Axar.az xəbər verir ki, Zelenskinin qərarı ilə sabiq prezident Viktor Yanukoviç, sabiq baş nazir Nikolay Azarov, keçmiş təhsil naziri Dmitri Tabaçnik, keçmiş müdafiə naziri Pavlo Lebedev və keçmiş baş prokuror Viktor Pşonkiyə iqtisadi və digər yöndə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Bundan əlavə, Krımdan olan rusiyalı deputat Natalya Poklonskaya və Krım rəhbəri Sergey Aksyonova qarşı da sanksiyalar qüvvəyə minib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru