İsveçdə peyvəndin fəsadlarına məruz qalanlar təzminat tələb edir

10-04-2021, 09:27           
İsveçdə peyvəndin fəsadlarına məruz qalanlar təzminat tələb edir
COVID-19 peyvəndinin fəsadları səbəbindən təxminən 150 isveçli dərmanlara görə tibbi sığorta fondundan təzminat tələb edib.

Sverigesradio.se məlumat verib ki, bunların ikisi ölüm halları ilə əlaqədardır.

“Hələ heç bir təzminat verməklə məşğul deyilik. Bunun üçün daha uzun araşdırma tələb olunur. Rədd etdiyimiz zaman bəzi fəsadlarla qarşılaşdıq deyə belə qərara gəldik”, - deyə fonddan bildirilib.

Ölkədə kompensasiya tələbləri təsdiqlənmiş hər üç peyvəndə – “Pfizer-BioNTech”, “Moderna” və “AstraZeneca” ya da aiddir.

Qeyd edilir ki, dərmanların heç biri bu statistikada digərlərindən fərqlənmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru