''Qəsrdə sakitcə….'' - Şahzadə Filipin son arzusu

10-04-2021, 09:37           
''Qəsrdə sakitcə….'' - Şahzadə Filipin son arzusu
İngiltərə kraliçası II Elizabetin həyat yoldaşı, Şahzadə Filipin son arzusu bəlli olub.

Bu barədə “New York Post”a kral ailəsinə yaxın mənbədən açıqlama verilib.

Mənbə bildirib ki, Filip təlaş istəmirdi:

''Hersoq Vindzordakı qəsrdə sakitcə vəfat etməyi çox istəyirdi. O, hər şeyin sona kimi öz yolu ilə getməsini arzulayırdı''.

Bundan başqa, şahzadə Filip dəfn mərasiminin dövlət səviyyəsində keçirilməməsini deyib.

Qeyd edək ki, Şahzadə Filip aprelin 9-da Vindzor qəsrində 99 yaşında vəfat edib. Onun 2 ay sonra – iyun 10-da 100 yaşı tamam olacaqdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru