Fransa Baş naziri: “Ölkədə koronavirusa sutkalıq yoluxma sayı bir həftədə 17% azalıb”

23-04-2021, 07:08           
Fransa Baş naziri:
Fransada epidemioloji vəziyyət yaxşılaşır və ölkədə üçüncü koronavirus dalğasının pik nöqtəsi arxada qalıb”.

APA xəbər verir ki, bunu Fransanın Baş naziri Jan Kasteks ölkədə epidemiyaya qarşı mübarizə ilə bağlı keçirilən həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, ölkədə sanitar-epidemioloji vəziyyət yaxşılaşır: “Fransada epidemiyanın üçüncü dalğasının pik nöqtəsinin keçdiyini düşünmək olar. Artıq 10 gündür ki, əhalinin koronavirusa yoluxma səviyyəsində bir azalma müşahidə edirik. Gündəlik xəstələnənlərin sayı bir həftə ərzində 17% azalıb və hazırda 30 min nəfərdən bir qədər yüksək səviyyədədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru