ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa başladı

26-04-2021, 00:03           
ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa başladı
ABŞ və NATO qoşunların Əfqanıstandakı bir sıra bazalardan çıxarılmasına başlayıb.

Teref.az Report-a istinadən xəbər verir ki, bu barədə Kabildə keçirilən konfransın gedişatında ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı general Skott Miller bildirib.

“Biz hərbçilərin bir sıra bazalardan çıxarılmasını həyata keçirməyə başladıq”, – o deyib.

Bundan başqa, Miller əlavə edib ki, hərbçilər bütün bazalarını Əfqanıstanın hərbi qüvvələrinə verəcəklər.

ABŞ administrasiyası daha əvvəl elan edib ki, Əfqanıstandan qoşunların çıxarılması mayın 1-də başlayacaq və 11 sentyabra qədər yekunlaşacaq. Bildirilib ki, qoşunların çıxarılması prosesi müttəfiqlərlə tam koordinasiyalı formada gedəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru