ABŞ-da xarici müdaxilələrə qarşı mübarizə mərkəzi yaradılacaq

28-04-2021, 08:11           
ABŞ-da xarici müdaxilələrə qarşı mübarizə mərkəzi yaradılacaq
ABŞ-da daxili siyasi proseslərə kənardan müdaxilələrə qaşı mübarizə aparacaq xüsusi mərkəzin yaradılması üzrə işlərə başlanıb.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata əsasən, hazırlıq işləri Mərkəzi Kəşfiyyat İdarəsi aparatının iştirakı ilə həyata keçirilir.

Mərkəzin ən qısa müddət ərzində fəaliyyətə başlayacağı bildirilir. Lakin dəqiq tarix, həmçinin təşkilatın büdcəsi açıqlanmır.

Qeyd olunur ki, mərkəzin tərkibində bütün kəşfiyyat idarələrinin analitikləri birlikdə çalışacaqlar. Onlar ilk növbədə Çin, Rusiya, İran və Şimali Koreyadan gələn potensial təhlükələri araşdıracaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru