Baydendən 4 trilyonluq addım - 1960-cı ildən bəri ilk dəfə...

29-04-2021, 15:07           
Baydendən 4 trilyonluq addım -
ABŞ prezidenti Co Bayden məşğulluq, təhsil və sosial xidmətlər sahəsinə külli miqdarda pul ayırıb.

Sfera.az bildirir ki, Ağ ev sahibi bununla bağlı 4 trilyon dollarlıq paket imzalayıb. Analitiklərin rəyinə görə, bu, 1960-cı ildən bəri ABŞ-da sosial xidmətlərə ayrılan ən böyük vəsait olacaq.

Lakin qərar ABŞ Konqresində təsdiqlənməlidir.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden ölkə tarixinin ən böyük yardım paketlərindən birinə imza atmışdı. "ABŞ-ın xilas planı” adını alan paket 1,9 trilyon dollarlıq yardımı nəzərdə tuturdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru