Norveçi savaş meydanına çevirməyin! - Çağırış

1-05-2021, 08:11           
Norveçi savaş meydanına çevirməyin! - Çağırış
Norveç hökuməti NATO bazalarının ölkə ərazisində yerləşdirməsi siyasətini dəyişdirməlidir.

Axar.az xəbər verir ki, bu barədə Norveç deputatları Hanna Berq və Lars Tveytenin müraciətində deyilir.

Onlar bildiriblər ki, Oslonun mövcud siyasəti NATO ilə Rusiyanın toqquşmasına gətirib çıxara bilər.

Deputatların sözlərinə görə, aprel ayında Norveç və ABŞ arasında hərbi sahədə əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Müqaviləyə görə, Riqqe aeroportu amerikalı hərbçilərin yerləşdirilməsi üçün nəzərdə tutulub.

“Davam etməkdə olan Soyuq müharibənin aktiv müharibəyə keçməsini istəmirik. Norveçi iki supergücün döyüş meydanına çevirmək olmaz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru