Bayden qaçqınların ABŞ-a qəbulu limitini artırdı

4-05-2021, 06:10           
Bayden qaçqınların ABŞ-a qəbulu limitini artırdı
ABŞ prezidenti Co Bayden 2021-ci il maliyyə ilində (oktyabrın 1-dən başlanıb-red) qaçqınların qəbulu limitini 62,5 min nəfərə qədər artırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Ağ Evin mətbuat xidməti tərəfindən yayılmış bəyanatında bildirilir.

"Bu, əvvəlki rəhbərlik tərəfindən təyin olunmuş, Amerikanın qaçqınları qəbul edən və dəstəkləyən bir ölkə kimi dəyərlərini əks etdirməyən, tarixən 15 000 nəfərlik aşağı kvotasını ləğv edir. Qaçqınların qəbulunun yeni limiti həmçinin qaçqınların qəbulu məsələsində ABŞ-ın imkanlarının genişləndirilməsi üzrə təşəbbüs göstərilən səylərə imkan yaradacaq ki, növbəti maliyyə ilində 125 min qaçqını qəbul etməyə nail ola bilək", - sənəddə deyilir.

Cari maliyyə ilində 15 min nəfərlik kvota oktyabrın sonunda ABŞ-ın əvvəlki prezidenti Donald Tramp tərəfindən müəyyənləşdirilmişdi. Bu, 1980-ci ildən minimal göstəricidir. 2020-ci il maliyyə ilində limit 18 min insan təşkil edib və 2019-cu il ilə müqayisədə demək olar, iki dəfə azaldılıb.

Xatırladaq ki, Co Bayden prezident seçkiləri ərəfəsində seçicilərinə ABŞ-a qaçqınların qəbulu limitini artıracağını vəd vermişdi.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.