İtaliyada ilk: Kəşfiyyat Xidmətinin rəhbəri qadın oldu

15-05-2021, 00:06           
İtaliyada ilk:
İtaliya Xarici İşlər Nazirliyinin Baş katibi Elisabetta Belloni ölkəsində kəşfiyyat xidmətinin rəhbəri təyin edilən ilk qadın olub.

Teref.az Musavat.com-a istinadən xəbər verir ki, İtaliyanın Baş naziri Mario Dragi Təhlükəsizlik İnformasiya Departamentinin (DIS) direktoru Gennaro Vecchionenin yerinə keçmiş səfir Elisabetta Bellonini təyin edib.

62 yaşlı Belloni 2016-cı ildən bəri diplomatik xidmətdə ən vacib vəzifə olan Xarici İşlər Nazirliyinin baş katibi vəzifəsində çalışırdı.

Diplomatik karyerası dövründə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmış Elisabetta Belloni ictimaiyyətdə əsasən İraq və Əfqanıstandakı silahlılar tərəfindən qaçırılan İtaliya vətəndaşlarının xilası və 2004-cü ildə Taylanddakı sunami fəlakəti zamanı italyanlıların geri gətirilməsi hadisəsi ilə tanınır.

Onun təyinatı İtaliyalı siyasətçilər, o cümlədən partiya lideri tərəfindən müsbət qarşılanıb və onu cəsarətli bir qadın olaraq xarakterizə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru