ABŞ 100 ölkəyə yardım məqsədilə 500 milyon doza "Pfizer" peyvəndi alacaq
10-06-2021, 07:48
Ağ Ev "Pfizer" və "BioNTech" şirkətləri ilə digər ölkələrə yardım məqsədilə hazırladıqları 500 milyon doza koronavirusa qarşı peyvəndi almaq üçün müqavilə imzalayıb.
Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən bildirib.
ABŞ prezidenti Co Baydenin bu müqavilə haqqında rəsmi olaraq elan etməsi gözlənilir.
Qəzetin verdiyi məlumata görə, bu razılaşma çərçivəsində il ərzində təxminən 100 ölkə bu dozaları alacaq. Bu il 200 milyon doza, gələn ilin ortalarına qədər isə 300 milyon doza çatdırılacaq.