ABŞ geri addım atdı: Bu layihəyə qarşı tədbir görüləcək

11-06-2021, 09:28           
ABŞ geri addım atdı:
ABŞ rəhbərliyi Şimal Axını-2 qaz kəmərinə qarşı sanksiyaları davam etdirmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çıxış edib.

"Biz sanksiya tətbiq olunan şəxslərə və şirkətlərə qarşı tədbir görməyə davam edəcəyik", - Prays qeyd edib.

O bildirib ki, layihə ilə bağlı fikir ayrılığı var və hələ də bu, Avropa üçün "pis bir razılaşma" hesab olunur.

Qeyd edək ki, bir müddət öncə ABŞ Rusiyanın yeni qaz kəməri layihəsinin 95 faizinin tikildiyini, ona qarşı sanksiyaları artıq mənasız saydığını bildirmiş, Ukrayna isə bundan ciddi narahatlığını dilə gətirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru