İran borcunu ödədi, səsvermə haqqını geri aldı 12-06-2021, 06:05 İran BMT-yə olan borcunu ödəyərək, səsvermə haqqını təkrar geri alıb.Axar.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt Ravançi məlumat verib.Ravançi ABŞ-ın qanunsuz sanksiyaları üzündən ölkəsinin BMT-yə olan borcunu vaxtında ödəyə bilmədiyini deyib.Qeyd olunub ki, 65 milyon dollardan çox borcu olan İran minimum ödənişini - 16 milyon dolları BMT-nin hesabına yatırıb. Facebook-da paylaş