Moskvada karantin rejimi yenidən sərtləşdirilir

12-06-2021, 17:10           
Moskvada karantin rejimi yenidən sərtləşdirilir
Moskva meri Sergey Sobyanin paytaxtda epidemioloji vəziyyətin pisləşməsinə görə yeni məhdudiyyətlər elan edib. Azvision.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

Belə ki, 13 iyundan işəgötürənlərə əməkdaşların ən azı 30% -nin, peyvənd edilənlər istisna olmaqla, 65 yaşdan yuxarı və xroniki xəstəlikləri olan bütün işçilərin məsafədən iş rejiminə keçirmələri tövsiyə edilib.

Əmək haqqı saxlanılımaqla iyunun 15-dən 20-dək qeyri-iş günləri elan edilib.

Həmçinin, iyunun 13-dən 20-dək ticarət mərkəzlərində uşaq oyun otaqları, kafelər işini müvəqqəti dayandırır. Restoranlarda, kafelərdə, barlarda, gecə klublarında, karaoke, boulinq salonlarında, diskotekalarda və digər əyləncə müəssisələrində saat 23:00-dan səhər 06:00-dək (yemək servisi istisna olmaqla) ziyarətçilərə xidmət etmək qadağan edilir.

Bundan əlavə, böyük şəhər parklarında attraksionlar, idman meydançaları, icarə məntəqələri, besedkalar, habelə digər istirahət və əyləncə obyektləri də bağlanacaq. Eyni zamanda, parklarda yalnız gəzmək mümkün olacaq.azvizion












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru