İspaniya amfibiya tipli döyüş robotlarını təqdim edəcək

13-06-2021, 00:07           
İspaniya amfibiya tipli döyüş robotlarını təqdim edəcək
İspaniyanın “Sascorp” şirkəti Madirddə keçiriləcək “FEINDEF 2021” sərgisində “Tellus” adlı amfibiya tipli insansız quru vasitələrinin (döyüş robotlarının) konsepsiyasını təqdim edəcək. Ordu.az xəbər verir ki, bu barədə İspaniyanın “Infodefensa” nəşri yazıb.

Şirkət qarşıdakı üç il ərzində robotların ilk prototipini hazırlamağı planlaşdırır.

Amfibiya missiyaları yerinə yetirmək üçün nəzərdə tutulan 3,5 tonluq robotun yük tutumu 1700 kiloqram olacaq. Məlumata görə, vasitə döyüş konfiqurasiyasında 40 mm əsas silah və tank əleyhinə raket qurğuları ilə təchiz ediləcək.

Robotların uzaqdan idarə edilməsi peyk bağlantısı ilə baş tutacaq. Çoxməqsədli robotlar quru rejimində on saat və amfibiya rejimində səkkiz saat avtonom işləyə biləcək.

Qeyd edək ki, “FEINDEF 2021” sərgisi 3-5 noyabr tarixlərində Madriddə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru