Paşinyanı seçki marafonundan çıxarmaq istəyirlər - Danışdıqları başına bəla olur

13-06-2021, 19:29           
Paşinyanı seçki marafonundan çıxarmaq istəyirlər -
Ermənistanda parlament seçkilərinə bir həftə qalmış əsas siyasi partiyalardan biri yarışdan çıxarıla bilər.

Ermənistan Vəkillər palatasının rəhbəri Ara Zöhrabyan MSK-ya baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş sazişi" partiyasının parlament seçkilərində qeydiyyatdan məhrum etmək üçün məhkəməyə müraciət etməyi təklif edib.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən məlumat verir.

Zöhrabyan Paşinyanı seçki kampaniyası dövründə zorakılığa çağırış etməkdə günahlandırıb. Mərkəzi Seçki Komissiyasının iyunun 13-də keçirilmiş iclasında o, həmtəsisçisi olduğu Milli-xristian "Zartonk" ("Oyanış") partiyasının adından bu təklifi edib.

"Paşinyanın nifrət ritorikasına və zorakılığa çağırışa görə azad seçkilərin keçirilməsi təmin edilmir", - Zöhrabyan bəyan edib.

O, izahat vermək üçün Paşinyanı MSK-nın iclasına çağırmağı təklif edib.

Sonuncunun nümayəndələri isə onun ritorikasını cinayətkarları məsuliyyətə cəlb etmək vədi kimi qiymətləndirmək lazım olduğunu deyirlər.

Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru