Kasıb ölkələrə 2,3 milyard doza vaksin veriləcək

14-06-2021, 07:15           
Kasıb ölkələrə 2,3 milyard doza vaksin veriləcək
“Böyük Yeddilər” (G7) inkişaf etməkdə olan ölkələrə 2022-ci ilin sonuna qədər 2,3 milyard doza vaksin ayıracaq. Azmarka.az bildirir ki, bu barədə qərar İngiltərənin Kornuoll qraflığında keçirilən G7 sammitində qəbul edilib.

Qərara əsasən, vaksinlərin əksəriyyəti COVAX platforması üzərindən paylanacaq. Almaniya Baş naziri Angela Merkel bildirib ki, pandemiyaya ancaq qlobal səylə qalib gəlmək olar:

“Pandemiyadan çıxış yolu vaksindir. Biz dünən bu məsələni geniş müzakirə etdik və 2022-ci ilin sonuna qədər inkişaf etmiş ölkələrə 2,3 milyard doza vaksin ayrılmasına qərar verdik”.

Merkel dünya ölkələrini Ümumdünya Səhiyyə Təşkilatına kömək etməyə və COVAX platformasını möhkəmləndirməyə çağırıb: “Almaniya COVAX çərçivəsində kasıb ölkələrə 350 milyon doza vaksinin ayrılmasını maliyyələşdirir”.

O, həmçinin vaksinin istehsal coğrafiyasını genişləndirməyə çağırıb və Afrikada vaksin istehsalına başlanılmasını təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru