BMT xəbərdarlıq etdi: "Bu ölkədə vəziyyət gərgindir"

30-06-2021, 00:06           
BMT xəbərdarlıq etdi:
Birləşmiş Millətlər Təşkilatı (BMT) Somaliyə humanitar yardımın son 6 ildə ən pis səviyyədə olduğu ilə bağlı xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT Baş Katibinin xüsusi nümayəndəsi Adam Abdelmoula məlumat verib.

O, yardım təşkilatlarının köç etmək məcburiyyətində qalan uşaq və qadınların təməl ehtiyaclarını çətinliklə qarşılaya biləcəyinə diqqət çəkib: “2021-ci ildə humanitar ehtiyaclar əhəmiyyətli dərəcədə artdı, lakin bu ehtiyacları ödəmək üçün vəsait son 6 ilin ən pis səviyyəsindədir".

BMT-yə görə, Somalidə 16 milyon insanın humanitar yardıma ehtiyacı olduğu halda, 2,9 milyon şəxs də evlərini tərk etmək məcburiyyətində qalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.