"Səfəvi Ordusu" 280 ildən sonra yenidən döyüşdə: İŞİD-in İraq ordularına tarixi xitabı

Dünən, 15:54           
"Səfəvi Ordusu" 280 ildən sonra yenidən döyüşdə:
Bunu bilirdiniz?
İŞİD terror təşkilatı İraq və Suriyada terror fəaliyyəti göstərən zaman özünəməxsus nifrətsaçan bəyanatları ilə yadda qalıb. Terror təşkilatı müxalif cəbhədə duran qrupları, "kafirlər", mürtədlər", "rafizilər" deyə adlandıraraq xitab edirdi.
Terror təşkilatı qarşısında duran dövlətlərin ordularını da fərqli adlanmalarla xitab edirdi. İŞİD Suriya Ordusuna "Nuseyri", İraq Ordusuna isə Səfəvi ordusu (əl-Ceyş əs-Səfəvi) deyə xitab edirdi. Bunu İŞİD terror təşkilatının bəyanatlarında intensiv şəkildə görmək olar.
Gördüyünüz fotolar İŞİD terror təşkilatının bəyanatlarının bir qismini əks etdirir. İraq Ordusunun "Səfəvi Ordusu" adlanması Əl-Qaidə terror təşkilatının ədəbiyyatında da intensiv olaraq yer alıb.
Əl-Qaidə Əymən Zəvahirinin müsahibəsini əks etdirən fotoya baxmaq kifayətdir. Bu gün Azərbaycanda da müəyyən qrupların bu ədəbiyyat və bu ritorika ilə danışması İŞİD xitabının Azərbaycan nüsxəsidir.
- Şərqşünaslıq İnstitutunun elmi işçisi Samid Bağırov
P.S. Bu, Səfəvilərin mədəni, dini və siyasi kimlik üzərindəki təsirinin bugünkü zamanadək davam etdiyinin bariz göstəricisidir.
Milli Kimlik
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.