Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə…

3-07-2025, 16:39           
Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə…
Təəssüf ki, bizim Prezident Administrasiyasında Sankt-Peterburq və Volqaboyundan kənarda heç nə görməyən və yalnız iqtisadiyyat üçün olduqlarını düşünən adamlar var. Onlar Qafqazla bağlı hesablamalarında çox ciddi səhvə yol veriblər.

Bu sözləri erməni mediasına açıqlamasında rusiyalı ermənipərəst analitik Stanislav Tarasov Yekaterinburq insidentindən sonra Bakı-Moskva münasibətlərinin gərginləşməsi haqda qeyd edib.

Politoloq bu gün Ermənistanda və Azərbaycandakı proseslərin “bir-biri ilə bağlı” olduğunu iddia edib və Paşinyanın 20 iyunda Türkiyəyə səfərini xatırladaraq deyib ki, “Paşinyan, Əliyev və Ərdoğan eyni komandada”dır.

“Bakı böyük geosiyasi oyuna girib. İndiki mərhələdə hadisələrin necə inkişaf edəcəyini söyləmək çətindir, axı Rusiyada 2 milyon azərbaycanlı yaşayır”, – o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru