Fransada minlərlə dinozavr yumurtası tapılıb VİDEO

Bu gün, 16:28           
Fransada minlərlə dinozavr yumurtası tapılıb  VİDEO
Fransanın cənub-şərqində, Sent-Viktuar dağı yaxınlığında dünyanın ən böyük dinozavr yumurtası yatağı aşkar edilib. Eks-an-Provans yaxınlığındakı bu ərazi qeyri-rəsmi olaraq "Provans yumurtaları" adlandırılıb. Alimlərin fikrincə, burada hər kvadratmetrə bir yumurta düşür.

Bu barədə AFP məlumat yayıb.

Tapıntının unikal xüsusiyyəti ondadır ki, burada yumurtaların sayı dünyanın digər bölgələri ilə müqayisədə rekord həddədir. Təbaşir dövründəki su basmış düzənliklər və gil torpaqlar yumurtaların qalıqlaşmasına əlverişli şərait yaradıb.

Ərazi 1994-cü ildən etibarən soyğunçulardan qorunmaq üçün qapalı elan edilib. Yumurtalar hər il aşkarlansa da, onların çoxu boş olur. Alimlər üçün əsas hədəf dinozavr rüşeymi tapmaqdır. Bu, yumurtaların hansı növə məxsus olduğunu dəqiq müəyyən etməyə imkan verəcək. Lakin hələlik bu, mümkün olmayıb.

İndiyə qədər ən əhəmiyyətli tapıntılar rabdodont və ya titanozavr kimi ot yeyən dinozavrlara aid ayaq sümükləridir.

Qeyd olunur ki, region rəhbərliyi burada paleontoloji turizmin inkişafını nəzərdən keçirir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.