Amerikalı konqresmenlərdən təklif: "İsrailə "B-2" təyyarələri verilsin"

3-07-2025, 16:18           
Amerikalı konqresmenlərdən təklif:
ABŞ-də konqresmenlər Prezident Donald Trampa "B-2" bombardmançılarını və 14 tonluq bunker bombalarını İsrailə ötürməyə icazə verən ikitərəfli qanun layihəsi təqdim ediblər.

Bu barədə "Fox News" telekanalı xəbər verir.

Bildirilir ki, Nyu-Yorkdan olan iki nümayəndə - demokrat Coş Qotteymer və respublikaçı Mayk Louler misilsiz bir təkliflə çıxış ediblər.

Qanun layihəsi "Bunkerlərin məhv edilməsi haqqında" adlanır və Tehran yenidən atom bombası istehsal etməyə cəhd edərsə, İsrailə İranın nüvə proqramını sonlandırmağa kömək etmək üçün nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru