İKZF-nin dövriyyədəki istiqrazlarının ümumi dəyəri 25%-ə yaxın artıb

3-07-2025, 16:44           
İKZF-nin dövriyyədəki istiqrazlarının ümumi dəyəri 25%-ə yaxın artıb
Bu il yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) dövriyyədə 2 120 871 002 manatlıq istiqrazı olub.

İndex.az bu barədə Fondun illik maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 24,8 % çoxdur.

Həmin məbləğ 2,645 milyon ədəd istiqrazın ümumi nominal dəyəridir ki, bu da illik müqayisədə 26,3 % çoxdur.

Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru