Rusiya MN açıqlama yaydı: hərbi gəmi təqib edilməyib

30-06-2021, 07:55           
Rusiya MN açıqlama yaydı: hərbi gəmi təqib edilməyib
"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

"Qara dənizdə neytral sularda üzən "Evertsen" freqatı iyunun 24-də hərəkət istiqamətini dəyişdirərək Kerç boğazına doğru gedib. Gəminin qarşısını almaq üçün Su-20 və Su-24 qırıcıları havaya qaldırılıb və ətrafında təhlükəsiz məsafədə uçuş həyata keçirib. Bundan sonra gəmi istiqamətini dəyişdirərək boğazdan uzaqlaşıb", - MN-dən verilən məlumatda bəyan edilib.

Qeyd edək ki, Niderland MN açıqlamasında rus qırıcılarının Krımın cənub-şərqində "Evertsen" freqatının ətrafında alçaqdan uçuşlar həyata keçirərək, təhlükə yaratdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru