Ermənistanın keçmiş prezidentinin vəkili Sukiasyanı məhkəməyə verəcək "SERJ SARKİSYAN QUMARXANADA 100 MİLYON UDUZMAYIB"

26-08-2021, 12:02           
Ermənistanın keçmiş prezidentinin vəkili Sukiasyanı məhkəməyə verəcək "SERJ SARKİSYAN QUMARXANADA 100 MİLYON UDUZMAYIB"
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın vəkili Amram Makinyan hakim “Mülki Müqavilə” fraksiyasından millət vəkili Xaçatur Sukiasyanı böhtana görə məhkəməyə verəcək. Makinyan bu barədə “Facebook”-da məlumat yazıb.

"Bu böhtanın təkzib edilməsi üçün iddia hazırlayıram", - o bildirib.

Xatırladaq ki, ötən gün parlamentdə çıxış edən Sukiasyan müxalifətdəki həmkarlarını qarşılıqlı təhqirə yol verməməyə çağırıb. O qeyd edib ki, baş nazirin keçmiş müavini Armen Gevorgyanın heç vaxt bizneslə məşğul olmamasına baxmayaraq, yalnız İrəvanın mərkəzində daşınmaz əmlaka dair 57 mülkiyyət sənədi aşkarlanıb. Ermənistanın üçüncü prezidentinə gəlincə, Sukiasyanın sözlərinə görə, o, 90-cı illərin ortalarında İrəvana "müxtəlif ölçülü ayaqqabılarla" gəlib, lakin indi kazinoda 100 milyon dollardan çox pul uduzur.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru