Kabildəki son bir neçə partlayışı amerikan hərbçiləri törədib

27-08-2021, 07:40           
Kabildəki son bir neçə partlayışı amerikan hərbçiləri törədib
Kabildakı son bir neçə partlayış ABŞ silahlı qüvvələri tərəfindən öz avadanlıqlarını məhv etmək məqsədi ilə həyata keçirilib.

Trend-in "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Taliban nümayəndəsi Zabihullah Mücahid bildirib.

O, şəhər əhalisi üçün heç bir təhlükənin olmadığını nəzərə çatdırıb.

"Kabil hava limanının yaxınlığında partlayış səsləri eşidilib. Bunlar avadanlıqlarını məhv etmək üçün ABŞ ordusu tərəfindən həyata keçirilib. Kabil sakinlərinin narahat olmalarına səbəb yoxdur", - Zabihullah Mücahid "Twitter" səhifəsində yazıb.

Bununla birgə, ümumilikdə sutka ərzində Kabildə törədilən 6 partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb, 158 nəfər yaralanıb.

Ölənlərin arasında 12 ABŞ hərbçisinin olduğu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru