Bayden əmr verdi: “Vurun!”

27-08-2021, 09:17           
Bayden əmr verdi: “Vurun!”
“ABŞ Silahlı Qüvvələri İŞİD terror təşkilatının bir qolu olan “Xorasan İslam Dövləti”nin mövqelərinə zərbə endirmək planları hazırlayacaq”.

Pravda.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Kabildə baş verən terror aktı ilə əlaqədar Ağ Evdə çıxışı zamanı bildirib.

Mən komandirlərimə Xorasandakı hədəfləri və İŞİD rəhbərliyini vurmaq üçün əməliyyat planları hazırlamağı əmr etdim. Onlara güc və dəqiqliklə reaksiya verəcəyik”, deyə Bayden vurğulayıb.

ABŞ lideri deyib ki, “Taliban” İŞİD yaraqlılarına Kabildə terror təşkil etməkdə kömək etməyib və gələcəkdə onlara kömək etməyəcək: “Hələlik, bu gün baş verənləri və gələcəkdə də davam etməsi gözlənilənləri həyata keçirmək üçün “Taliban” və İŞİD arasında bir sui-qəsd planının olduğuna dair heç bir dəlil, sübut yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru