Kabildə altıncı partlayış: 60 ölən, 150-dən çox yaralı

27-08-2021, 09:44           
Kabildə altıncı partlayış: 60 ölən, 150-dən çox yaralı
Əfqanıstanın paytaxtı Kabil şəhərində 6-cı partlayış baş verib. Bu barədə "Anadolu" xəbər agentliyi məlumat yayıb. Qurbanlar və dağıntılarla bağlı məlumat verilməyib.
***
23:10
Kabildə baş verən partlayış nəticəsində ölən ABŞ hərbçilərinin sayı 15-ə çatıb. Bu barədə "CNN-Türk" xəbər verir. Qeyd olunur ki, itkinlər də var, onların dəqiq sayı açıqlanmayıb.
***
22:31
Kabil hava limanı yaxınlığında artıq beş partlayış baş verib. Azı 10 ABŞ hərbçisi həlak olub. Hərbçilərin ölüm xəbəri Pentaqon tərəfindən təsdiqlənib. Xarici KİV-lərin yaydığı məlumatda deyilir ki, Kabil hava limanı yaxınlığında baş vermiş partlayış nəticəsində 60 nəfər ölüb, 140 nəfər yaralanıb. İlk partlayış kamikadze tərəfindən, ikincisi isə minalanmış avtomobilin partladılması nəticəsində törədilib. Daha sonra üç partlayış da olub.
virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru