Britaniya yalnız bu şəxsləri Əfqanıstandan təxliyyə edəcək

27-08-2021, 14:41           
Britaniya yalnız bu şəxsləri Əfqanıstandan təxliyyə edəcək
Böyük Britaniya qüvvələri artıq yalnız Kabil hava limanında olan şəxsləri Əfqanıstandan təxliyyə edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Krallığın Mətbuat xidməti yayıb.

Məlumata əsasən, Britaniya Əfqanıstandan təxliyyə olunmaq istəyənlərin ərizələrini daha qəbul etməyəcək.

“Planlaşdırılan qrafikimizə uyğun olaraq Kabil şəhərində “Baron” hotelində texniki hazırlıq və qeydiyyat zonaları bağlı idi. Bu, bizə diqqətimizi tam olaraq artıq qeydiyyatdan keçmiş və hava limanında öz uçuşunu gözləyən Britaniya vətəndaşlarının və digər şəxslərin təxliyyə edilməsinə yönəltməyə imkan verəcək. Böyük Britaniyanın yeni ərizələri nəzərdən keçirmək imkanları olduqca məhduddur. İnsanlar artıq hava limanına çağırılmayacaq”, - deyə məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru