İran üçün QORXUNC PROQNOZ: 10-20 yaş arası olanlar ÖLÜMƏ hədəfdir – BU TARİXDƏN…
28-08-2021, 00:08
İranın bir sıra tibb mütəxəssisləri payızın ilk ayından başlayaraq, ölkədə koronavirusun “Lambda”adlı yeni variantının yayıla biləcəyi barədə xəbərdarlıq ediblər.
Busaat.az xəbər verir ki, məlumata görə, Tehranın “Şəhid Beheşti” adına Tibb Universitetinin virusologiya üzrə araşdırmalar mərkəzinin rəisi Əlirza Naci deyib ki, oktyabr ayından sonra İranda koronavirusun “Lambda” variantının yayılmağa başlamağa ehtimalı yüksəkdir.
“Bir sıra qonşu ölkələrdə, o cümlədən də Türkiyə, Pakistan və Qətərdə “Lambda” virusuna yoluxma halları müşahidə edildikdən sonra artıq deyə bilərik ki, koronavirusun bu yeni variantının İrana da gəlib çatması yüksəkdir”.
O qeyd edib ki, “Lambda” virusunun yayılması ilə ölkədə yoluxucu xəstəliyə yoluxma halları dəhşətli dərəcədə artmağa başlayacaq.
“Əgər ölkədə “Lambda” variantı yayılmağa başlayarsa 10-20 yaşları arasında olan uşaq və yeniyetmələr arasında yoluxma və ölüm halları artacaq” -deyə Tehranda koronavirusa qarşı mübarizə qərargahından bildiriblər.