ABŞ prezidenti Co Bayden, Xorasanda "İslam Dövləti" qrupuna qarşı hərbi əməliyyatlar aparmaq üçün Silahlı Qüvvələr komandanlığına kart-blanş verib.
Bundan əlavə, KİV-lərin məlumatına görə, C. Baydenin köməkçiləri onu 31 avqustdan əvvəl Kabildə daha bir terror aktının hazırlanması haqqında məlumatlandırıb. Qeyd edək ki, bu Amerika qoşunlarının Əfqanıstandan çıxarılması günüdür.