İrandan Baydenin "digər variant" hədəsinə cavab

29-08-2021, 10:36           
İrandan Baydenin "digər variant" hədəsinə cavab
ABŞ və İsrail liderlərinin İranla bağlı açıqlamalarını təhdid kimi qəbul edirik.

Axar.az xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani deyib.

“Bayden və Bennett arasındakı ilk görüşdə İrana qarşı “digər variantlar”ın vurğu edilməsi başqa bir ölkəni qeyri-qanuni təhdid etmək mənasını verir. Həmçinin, bu, İranın “mövcud variantlara” cavab vermək hüququnu bir daha təsdiqləyir", - o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Naftali Bennettlə görüşündə İranla bağlı diplomatiyanı əsas tutduqlarını, lakin diplomatiya uğursuz olarsa, başqa variantlara müraciət etməyə hazır olduqlarını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru