Koronavirusdan ölənlərin sayı gizlədilir: Üç qat çoxdur və...

4-09-2021, 12:34           
Koronavirusdan ölənlərin sayı gizlədilir: Üç qat çoxdur və...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyə qədər koronavirusun 4,5 milyondan çox insanın ölümünə səbəb olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bir çox tibbi ekspertlər isə gerçək ölüm sayının üç qat çox olduğunu iddia edirlər.

Bununla bağlı "The Economist" jurnalında maraqlı araşdırma dərc olunub. Araşdırmada qeyd edilib ki, Çin, Rusiya, Hindistan və Latın Amerikası ölkələrində ölüm sayı ya gizlədilir, ya da düzgün qeydiyyat aparılmır. Bu baxımdan virusdan ən azı 15 milyon insan ölüb.

Həmçinin, Latın Amerikası və Afrikada koronavirusdan ölən bir çox insanın testdən belə keçmədiyi vurğulanıb. Xəstəxanalardakı sıxlıq səbəbiylə insanların müalicə almadan virusdan öldüyü deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru