İran yüz milyard dollarlıq gəlirdən məhrum edilib

6-09-2021, 00:07           
İran yüz milyard dollarlıq gəlirdən məhrum edilib
Bir sıra Qərb dövlətləri İranın neft və qaz sahəsinə külli miqdarda sərmayə yatırmaq istəyirlər, lakin sanksiyalar bu müqavilələrin reallaşmasına imkan vermir.

İran 2018-2021-ci illərdə 1,8 milyard barel nefti sata bilməyib ki, bu da dövlət büdcəsini 100 milyard dollar həcmində gəlirdən məhrum edib.

Teref.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məlumatı İranın yeni neft naziri Cavad Oruci deyib. O bildirib ki, sanksiyalar neftin ixracına və satılmasına böyük maneədir.

Qeyd olunub ki, iqtisadi sanksiyalar yalnız neftin ixracına deyil, eyni zamanda İrana neft hasilatı üçün yeni texnologiyaların gətirilməsinə və neft sahəsinə sərmayə yatırılmasına da imkan vermir.

Bir sıra Qərb dövlətləri İranın neft və qaz sahəsinə külli miqdarda sərmayə yatırmaq istəyirlər. Hətta Almaniya və digər Avropa dövlətləri ilə İran arasında müqavilələr də imzalanıb. Lakin sanksiyalar bu müqavilələrin reallaşmasına imkan vermir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru