Rusiya Prezidenti Sibirə sürgünün qaytarılması təklifinə münasibət bildirib

26-09-2021, 00:03           
Rusiya Prezidenti Sibirə sürgünün qaytarılması təklifinə münasibət bildirib
"Sibirdə sürgünün vasitəsilə işçi qüvvəsinin təmin edilməsi bizim üsul deyil".

Teref.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskinin ölkədə "sürgün" anlayışını bərpa etmək fikrinə cavab verərkən bildirib.

Jirinovski öz təklifini Sibirdə yeni şəhərlər qurmaq məqsədilə müdafiə naziri Sergey Şoyqunun ideyasını həyata keçirmək üçün insan resurslarının lazım olacağı ilə əsaslandırıb.

"Bu gün bəzi xarici agentlər ölkəni tərk edib, bəziləri Riqaya, bəziləri Londona gedib, bəziləri isə Moskvada qalaraq təxribat fəaliyyətlərinə davam etdirir - onları Sibirə göndərməliyik, nə həbsxanalara, nə də mühacirətə. Qoy onlar orada Vətən naminə işləsinlər", - deyə LDPR lideri əlavə edib.

"Yenə də sürgün yolu ilə əmək ehtiyatlarını təmin etmək, yəqin ki, bizim metod deyil, siz stalinizm dövrünü tənqid edirsiniz, ancaq sürgün təklif edirsiniz. Yəqin ki, bu, işləməyəcək, hər şeydən əvvəl, bu, qəddarlıqdır", - Dövlət Dumasına keçən partiyaların rəhbərliyi ilə görüşən Rusiya başçısı cavab verdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru