Çexiyada parlament seçkiləri: Müxalif koalisiya baş nazirin partiyasını geridə qoydu

10-10-2021, 08:38           
Çexiyada parlament seçkiləri:
Çexiyada keçirilən parlament seçkilərində “Birlikdə” koalisiyası baş nazir Andrey Babiş rəhbərlik etdiyi ANO (Narazı Vətəndaşlar Aksiyası) siyasi hərəkatından daha çox səs toplamağı bacarıb.

Səslərin 99,97 faizinin sayılmasından sonra “Birlikdə” koalisiyası 27.78%, ANO isə 27,13% səs toplayıb.

Üçüncü yerdə Pirat Partiyası və “Başlar və müstəqillər” Partiyalarının daxil olduğu koalisiya (15,6 faiz), dördüncü yerdə isə “Azadlıq və birbaşa demokratiya” Partiyası (9,56 faiz) qərarlaşıb. Digər partiyalar beş faizlik həddi keçə bilməyib.

Səsvermənin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında baş nazir Andrey Babiş ANO-nun məğlub olduğunu qəbul edib.

Mənbə: Novaya Gazeta












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru