ABŞ Əfqanıstanı koronavirusa qarşı peyvəndlə təmin edəcək

10-10-2021, 08:35           
ABŞ Əfqanıstanı koronavirusa qarşı peyvəndlə təmin edəcək
ABŞ Əfqanıstanı koronavirusa qarşı peyvəndlə təmin etməyə hazır olduğunu açıqlayıb.

"Report" RBC-yə istinadən xəbər verir ki, bunu "Taliban" hökumətində xarici işlər naziri vəzifəsini icra edən Molla Amir Xan Muttaki Dohada Amerika nümayəndə heyəti ilə görüşdən sonra bildirib.

Muttakinin sözlərinə görə, danışıqlar humanitar yardım və "Taliban"la ABŞ arasındakı müqavilənin müddəalarının yerinə yetirilməsinə yönəlib.

Bundan əlavə, "Taliban" nümayəndələri amerikalı diplomatlardan Əfqanıstan Mərkəzi Bankının ehtiyatlarına qoyulan məhdudiyyətlərin qaldırılmasını istəyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru