"İŞİD-lə mübarizədə ABŞ-a ehtiyacımız yoxdur" - “Taliban” rəsmisi

11-10-2021, 07:48           
"İŞİD-lə mübarizədə ABŞ-a ehtiyacımız yoxdur" - “Taliban” rəsmisi
Əfqanıstanın hakimiyyətdə olan radikal “Taliban” hərəkatının hərbi qüvvələri ölkənin müxtəlif bölgələrində İŞİD terror qruplaşmasına qarşı uğurlu əməliyyatlar keçirir.

“Report” xəbər verir ki, bu barədə radikalların nümayəndəsi və Əfqanıstan hökumətində informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Zabihulla Mücahid bildirib.

“Əfqanıstanın müxtəlif bölgələrində İŞİD-i məhv etmək üçün əməliyyatlar davam edir. İŞİD yaraqlılarının bir çoxu məğlub edilib, sığınacaq üçün vacib yerlər tapılıb və biz onları axtarırıq", - “Taliban” rəsmisi bildirib.

Mücahid qeyd edib ki, İŞİD Əfqanıstan üçün təhlükə yaratmır və “Taliban” bu qruplaşma ilə müstəqil mübarizə apara bilir. "İslam Əmirliyi (Taliban-red) İŞİD-lə mübarizədə ABŞ-ın köməyinə ehtiyac duymur”, - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru