“Belarusda koronavirus çıxandan xərçəng xəstəliyi azalıb” - Lukaşenkodan maraqlı AÇIQLAMA / VİDEO

21-10-2021, 19:17           
“Belarusda koronavirus çıxandan xərçəng xəstəliyi azalıb” -
“Koronavirus pandemiyası qrip xəstəliyini sıradan çıxarıb”.

Bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko ölkə xəstəxanalarının birinin əməkdaşları ilə görüşündə səsləndirib.

“Mən bu gün onkoloji mərkəzə və sizin xəstəxanaya baş çəkdim. Nəticədə belə qənaətə gəldim ki, COVİD-19 qrip xəstəliyini sıradan çıxarıb”, deyə o, qeyd edib.

Ölkə başçısı vurğulayıb ki, indi heç kəs qripə yoluxmur:

“Bu onkoloji xəstələrə də öz təsirini göstərir. Onkoloqlar artıq onlara belə xəstələrin az müraciət etdiklərini deyirlər. Əlbəttə, koronavirus xəstələrini müalicə etmək xərçəng xəstələrini müalicə etməkdən asandır. Dua edək ki, COVİD-19 qrip kimi xərçəngin də dərmanı olsun”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru