Almaniyada koronavirusa rekord yoluxma qeydə alındı

11-11-2021, 08:02           
Almaniyada koronavirusa rekord yoluxma qeydə alındı
Almaniyada son sutkada koronavirusa 39 676 nəfər yoluxub. Bu, ölkədə bütün pandemiya dövründə maksimum göstəricidir.

Bundan əvvəlki antirekord noyabrın 5-də qeydə alınıb, o zaman gün ərzində 37 120 yoluxma halı aşkar edilib.

Epidemiya başlayandan indiyədək Almaniya Federativ Respublikasında 4 844 054 nəfərdə koronavirus qeydə alınıb.

Koronavirusun yaratdığı xəstəliyin nəticələrindən ölkədə bir gündə 236 xəstə ölüb. Almaniyada pandemiyanın bütün dövründə ölənlərin ümumi sayı 96 963 nəfərə çatıb. ( TASS)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru