Rusiyanın böyük şəhərləri vurulacaq? – Ukraynanın müdafiə naziri açıq şəkildə təhdid etdi

7-12-2021, 20:46           
Rusiyanın böyük şəhərləri vurulacaq? –
Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələr Günündə Donbass cəbhəsinə səfər edib.

Ukrayna prezidentinin bəyanatına görə, Zelenski səfəri çərçivəsində cəbhədəki 5 əsgəri dövlət ordeni ilə təltif edib.

“Bu gün sizinlə olmaq şərəfinə nail oldum. Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qoruduğunuza görə minnətdaram”, – Zelenski əsgərlərə deyib.

Xarkovda keçirilən bayram mərasimində Ukrayna prezidenti də iştirak edib.

Ölkənin müxtəlif şəhərlərində mərasimlər keçirilərkən, Kiyevin Mixaylivska meydanında təşkil edilən mərasimdə Ukrayna Silahlı Qüvvələrində istifadə olunacaq “Humvee” cipləri sərgilənib.

“Ukrayna Silahlı Qüvvələri Günü” 1991-ci il noyabrın 6-dan hər il qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru