“Onsuz da öləcəklər” – 300 ağır yaralı öldürüləcək – ŞOK SƏRƏNCAM

31-03-2016, 10:04           

Ukraynanın şərqindəki “Donetsk Xalq Respublikası”nın rəhbərliyi ağır yaralıların öldürülməsi barədə gizli sərəncam verib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə jurnalist Sergey Qarmaş “Facebook” səhifəsində Donetskdəki mənbələrə istinadən bildirib,

“DXR” 300-ə qədər ağır yaralının axırına çıxmaq barədə gizli sərəncam verib. Donetskdəki hərbi mənbə and içir ki, bu həqiqətdir”, - Qarmaş yazıb.

Mənbə qeyd edib ki, sərəncamın verilməsi üçün əsas arqument yerli xəstəxanalarda yerlərin olmamasıdır. Ağır yaralıları Rusiyaya aparmaq isə çox baha başa gəlir.

Sergey Qarmaşın sözlərinə görə, səhra komandirlərinin heç də hamısı sərəncama loyal yanaşmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru