Sakit okeanın dibində "sarı kərpicdən yol" aşkarlandı VİDEO

Bu gün, 17:08           
Sakit okeanın dibində "sarı kərpicdən yol" aşkarlandı VİDEO
Sakit okeanın dərinliklərində aparılan elmi tədqiqat zamanı alimlər qeyri-adi təbii formasiya ilə qarşılaşıblar. Belə ki, Papahanaumokuakea dəniz qoruğu ərazisində, Nutka adlı sualtı dağın zirvəsində sarı kərpicli yol formasını xatırladan struktur aşkarlanıb.

"IFL Science"nın verdiyi xəbərə görə, tədqiqatın müəllifləri ABŞ-yə məxsus "E/V Nautilus" tədqiqat gəmisinin heyətidir.

Alimlər sosial şəbəkələrdə geniş yayılan və əfsanələrə uyğun olaraq "Atlantidanın yolu" kimi təqdim edilən bu strukturun əslində tamamilə təbii mənşəli olduğunu bildiriblər.

Məlumata görə, sözügedən formasiya qədim vulkanik fəaliyyət nəticəsində yaranan gialoklast (vulkanik qırıntılı süxur) adlanan qaya növüdür. Vulkanın sürətlə soyuması və zamanla yaranan gərginliklər nəticəsində səthdə dərin çatlar əmələ gəlib və bu, səthi "kərpicli yol" formasında göstərib.

Alimlər qeyd ediblər ki, bu formasiya ilk baxışda göl yatağını xatırlatsa da, əslində sualtı vulkanik fəaliyyətin nəticəsidir.

Geoloqların fikrincə, bu cür formasiya Sakit okean dibində nadir hallarda müşahidə olunur və onun yaranma mexanizmini daha ətraflı araşdırmaq üçün tədqiqatlar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru