Səudiyyə Ərəbistanının "Ən-Nəsr" komandası "Barselona" klubunun müdafiəçisi İnyiqo Martinesin keçidi ilə bağlı müqaviləni razılaşdırıb.
Oxu.Az bildirir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkə hesabında məlumat verib.
Bildirilir ki, 34 yaşlı oyunçu Kataloniya təmsilçisi ilə müqaviləyə yaxın zamanda xitam verəcək.
Onun "Ən-Nəsr"ə azad agent qismində qoşulacağı qeyd olunur. Martinezin yeni klubu ilə müqaviləsi 2026-cı ilin iyununa qədər nəzərdə tutulub.
Mərkəz müdafiəçisi 2023-cü ilin yayından "Barselona"da oynayır. Bu müddət ərzində Martinez bütün turnirlərdə 71 oyun keçirib, üç qol vurub və altı məhsuldar ötürmə edib.