Azərbaycanda elektrik enerjisinin istehlakı rekord həddə çatıb - Rəsmi
Bu gün, 16:17
"2025-ci ilin avqustun 6-da saat 15:00-da ölkə üzrə elektrik enerjisinə tələbat rekord həddə çataraq saatda 4871 meqavat olub. Eyni zamanda sutkalıq enerji istehlakı da 100 milyon kilovat-saata yüksəlib".
Referans xəbər verir ki, bu məlumatı "AzərEnerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev açıqlayıb.