Bu robot eyni anda bir neçə işi yerinə yetirə bilir

Bu gün, 17:14           
Bu robot eyni anda bir neçə işi yerinə yetirə bilir
Çinli tədqiqatçılar eyni anda bir neçə funksiyanı yerinə yetirə bilən "tək beyin, çoxlu forma" konseptinə uyğun insanabənzər robot təqdim ediblər.

"Global Times"ın məlumatına görə, Çinin Anhoy əyalətinin Hefei şəhərində yerləşən "Youibot Robotics" şirkəti ilə Xian Ciaotunq Universitetinin birgə layihəsi nəticəsində Lin Şu adlı insanabənzər robot hazırlanıb.

Tədqiqatçılar bildiriblər ki, robot tək bir "robotik beyin" vasitəsilə bir neçə fərqli fiziki robot formasına uyğunlaşa bilir və bu səbəbdən müxtəlif situasiyalara adaptasiya imkanına malikdir. Robot bu baxımdan "tək beyin, çoxlu forma" adlanan yanaşmaya əsasən hazırlanıb.

Boyu 1,66 metr, çəkisi isə 40 kiloqram olan Lin Şunun çox yönlü hərəkət qabiliyyətinə malik olduğu və mürəkkəb relyef şəraitinə uyğunlaşa bildiyi qeyd edilib.

Araşdırmacılar bildiriblər ki, robot bir e-ticarət anbarında bir əli ilə rəfdən bağlama götürərkən, digər əli ilə skaner tuta bilir.

"Youibot Robotics"in qurucusu Can Çahuy “Science and Technology Daily” nəşrinə açıqlamasında qeyd edib ki, Lin Şu bir neçə funksiyanı eyni anda yerinə yetirməli olan sənaye robotları üçün effektiv bir həll təklif edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru