“İzmir” restoranında müştərilərə belə yeməklər verilib

Bu gün, 15:44           
“İzmir” restoranında müştərilərə belə yeməklər verilib
Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Heydərov Faiq Mənsim oğluna məxsus “İzmir” restoranında plandankənar yoxlama keçirilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi, heyvan mənşəli məhsulların müvafiq baytarlıq sənədlərinini olmadığı, emal üçün ayrıca sahələrin təşkil edilmədiyi, manqal sahəsinin tavanında qopuqlar və soyuducuların rəflərində isə paslanma müşahidə edilib.

Faktla bağlı müəssisənin vəzifəli şəxsi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl “İzmir Residence” ünvanında yaşayan sakinlər saytımıza müraciət edərək “İzmir” restoranındakı səs-küydən şikayətçi olmuşdular.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru