ABŞ Şərqi Avropaya daha bir tank briqadası göndərir

31-03-2016, 10:30           

Pentaqon Rusiyanın aqressiyasının qarşısını almaq üçün Şərqi Avropaya əlavə qüvvələr göndərir.

Ölkə.az xəbər verir ki, ABŞ komandanlığı yaxın 1 il ərzində Avropadakı quru qoşunlarının sayını artıracaq.

Pentaqonun mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, yeni hərbi kontingent 4200 hərbçidən, 250 ədəd tank, artilleriya qurğusu və digər zirehli texnikadan ibarət olacaq. Bundan əlavə Şərqi Avropaya göndəriləcək kontingentə 1700 ədəd əlavə köməkçi texnika da daxildir.

Pentaqonun bu qərarını şərh edən ABŞ müdafiə nazirinin müavini Robert Uork ölkəsinin bu addımı Rusiyanın Avropaya qarşı getdikcə artan aqressiyası ilə əlaqədar olaraq atdığını bildirib.

Hələlik Rusiya tərəfindən bu məsələyə rəsmi münasibət bildirilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru