Rusiyada 200 azərbaycanlı saxlanıldı: - kimə "qanuni oğru" adı veriləcəkmiş?
31-03-2016, 12:10
Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın azərbaycanlının saxlanılması ilə bağlı bəzi təfərrüatlar məlum olub. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən kafedə Ağayar adlı kriminal avtoritetin ad günü keçiriləcəkmiş. Həmin gün həm də Ağayarın taclandırma mərasimi baş tutmalıydı. Ona “qanuni oğru” adı veriləcəkmiş. Ad gününə isə regionun kriminal avtoritetləri yığışıbmış. Bu sırıda Perveuralskdan gəlmiş Əli adlı “qanuni oğru” , Vaqif (Kamışlovo), “Yuqra Caavanşir” və digər avtoritetlərin adı çəkilir.
Onu da qeyd edək ki, hadisə yerinə Azərbaycanını Yekaterinburqdakı konsulluğunun nümayəndələri də gəlib. Amma konsulluq işçilərinə bildirilib ki, saxlanılanların əl izləri götürüləcək. Bu və ya digər cinayətdə iştirakçı olmadıqları təqdirdə sərbəst buraxılacaqlar.
***
Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın azərbaycanlı saxlanılıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə şəhərin Kosmonavtlar prospektindəki kafedə baş verib.
Məlumata görə, kafedə Ağayar adlı kriminal avtoritetin ad günü keçirlirmiş. Ad günü başlayandan bir qədər sonra polis kafeni mühasirəyə alıb. Nəticədə 200 yaxın azərbaycanlı saxlanılıb. Onların bir çoxunun üzərindən bıçaq, beysbol ağacı, narkotik maddələr çıxıb.
Polisin ilkin qənaətinə görə, kafedə hansısa kriminal "razborka" aparılacaqmış.