Ərəb şahzadəsi YOXA ÇIXDI

31-03-2016, 13:18           
Ərəb şahzadəsi YOXA ÇIXDI
Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əzizin bacısı oğlu şahzadə Sultan bin Turki yoxa çıxıb.

Hafta.az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir. Şahzadə Parisdən Qahirəyə uçmalı imiş. Ancaq kral ailəsinin üzvü gözlənilən yerə gəlib çıxmayıb. Dostlarından biri deyib ki, uçuşdan öncə şahzadə Səud ailəsindən kimsə zəng edib və ona nə iləsə bağlı xəbərdarlıq etməklə yanaşı, Fransadan sərbəst şəkildə çıxa biləcəyini də söyləyib.

Xəbərdə xatırladılır ki, 2003-cü ildə Şahzadə Sultanı İsveçrədə oğurlayıb zorla geriyə - Ərəbistana qaytarıblar. Buna görə o, Səudiyyə hökuməti tərəfindən mühakimə olunmuşdu. Qeyd edilir ki, bundan öncə daha iki səud şahzadəsinin - Turki bin Bəndər və Səud bin Saif ən-Nasrin də itkin düşməsi barədə xəbərlər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru